USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vaqif Əsədov hansı sığorta şirkətinə inanır?

04.09.2018 Bank
0 0
Son illər avtonəqliyyat vasitələrinin sığortasına (KASKO) maraq kəskin artıb.

"Kommersant.az" xəbər verir ki, avtomobilini sığortalamaqla sürücü qəza zamanı ona dəyən zərərdən yayınır və polis ilə arasında yarana biləcək anlaşılmazlıqlardan da bir növ sığortalanmış olur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məsələ ilə bağlı "Kommersant.az"a açıqlamasında bildirib ki, nəqliyyat vasitələri sığortalanıbsa, sürücü-polis münasibətlərinin gərginləşməsinə ehtiyac qalmır:

"Sığorta şirkətləri arasında güclü rəqabət gedir. Rəqabətə isə operativ şəkildə xidmət göstərərək müştərini razı sala bilən sığorta şirkətləri davam gətirə bilir. Son 4 ildir ki, "Atəşgah" Sığorta, "AtaSığorta" şirkəti və "Paşa Sığorta"nın xidmətlərini seçmişəm, ancaq hələ ki, bu günə qədər avtomobilimin sığortası ilə bağlı həmin şirkətlərə müraciət etməmişəm".