USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit təşkilatlarının verdiyi kreditlər artıb - HESABAT

04.09.2018 Bank
0 1
İyul ayı üzrə göstəricilərlə nisbətdə kredit verilməsində cüzi artım müşahidə olunur.h

“Kommersant.az” Mərkəzi Bankın 2018-ci ilin avqust ayı üzrə açıqladığı hesabata əsasən xəbər verir ki, kredit təşkilatları ümumilikdə 12 milyard 170 milyon manat həcmində kredit veriblər ki, bu da iyul ayı üzrə göstəricilərlə müqayisədə 65 milyon manat artım deməkdir.

Dövlət bankları nə qədər kredit verib?
Dövlət banklarının da verdiyi kreditlərin həcmi iyul ayı ilə müqayisədə 1 milyon manat artaraq 1 milyard 820 min manata çatıb.

Özəl bankların verdiyi kreditlər 56 milyon manat artıb.
Özəl bankların verdiyi kreditlərin həcmi 9 milyard 949 min manata çatıb.

Qeyri-bank kredit təşkilatlarının da verdiyi kreditlərin həcmi artaraq 401 milyon manat olub ki, bu da iyul ayında açıqlanan hesabatla müqayisədə 7 milyon 900 min manat artım deməkdir.