Dəyəri 3 min manatdan 100 min manatadək olan avtomobilləri 36 ayadək kreditlə almaq mümkündür. Yeni avtomobillərlə yanaşı hətta işlənmiş avtomobilləri də kreditlə almaq olur.
“Kommersant.az” ən sərfəli avtomobil kreditini hansı bankın verdiyini araşdıraraq sizə təqdim edir:
“AmrahBank” avtomobil kreditini ən sərfəli şərtlərlə təklif edən banklar arasında ön sıralardadır. Belə ki, 36 ayadək avtomobil krediti verən bank, yeni avtomobillərə 100 min manatadək, işlənmiş avtomobilləri isə 50 min manatadək kredit verir. Bank, kredit məbləğinin 1%-ni komissiya haqqı olaraq tutur.
Hansı avtomobillər kreditlə verilir?
"Toyota", "Mercedes", "Lexus", "Kia", "Hyundai", "Nissan", "İnfinity", "BMW", "Audi", "Volkswagen" kimi avtomobillərə kreditlə sahib olmaq üçün bankın qaynar xətti ilə (012 987) əlaqə saxlamaq lazımdır.
Avtomobili kreditlə almaq üçün nə lazımdır?
İlkin ödəniş olaraq avtomobilin dəyərinin 40%-ni ödəmək və yaş həddinin 25-65 yaş arası olması kifayətdir.