USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Unibank"-dan kredit götürmək 15 dəqiqə çəkəcək - ÖDƏNİŞSİZ

06.09.2018 Bank
0 0
"Unibank"ın biznes müştəriləri ümumiyyətlə banka gəlmədən bir neçə dəqiqə ərzində kredit ala biləcəklər. Bankın yeni hazırladığı onlayn kreditləşmə xidməti müştərilərin 3-4 aylıq işini 15 dəqiqə ərzində yerinə yetirəcək.

"Kommersant.az" xəbər verir ki, "Unibank" biznes müştərilərinə cəmi 15 dəqiqə ərzində banka gəlmədən kredit məbləğini hesaba köçürməyə imkan verir. Bu, Unibank Biznes müştəriləri üçün nəzərdə tutulan İnternet Bank proqramı vasitəsilə həyata keçirilir. Müştəri onlayn şəkildə minimal məlumatlarını – istədiyi kredit məbləğini, dövlət reyestrindən çıxarışı, təsisçi ərizə formasını və şəxsiyyət vəsiqəsini skan edilmiş formada əlavə edir, və cəmi 15 dəqiqə ərzində qiymətləndirmə əsasında kredit məbləği müştərinin hesabına otuzdurulur. Bu xidmət ödənişsizdir.

Korporativ – biznes müştərilərinin onlayn şəkildə cəmi 15 dəqiqə ərzində kreditləşməsi nəticəsində, biznes sahibləri artıq banka yaxınlaşmır, sənədləşmə prosesinə heç bir ehtiyac qalmır və müştəri dünyanın istənilən yerində "Unibank" İnternet Bank proqramı vasitəsilə bir neçə klikə onlayn kredit əldə edə bilir.