Pos-terminalların sayında da azalma müşahidə olunur.
"Kommersant.az" Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ilin avqust ayı üzrə açıqladığı hesabata əsasən xəbər verir ki, ölkədə fəaliyyət göstərən banklara aid bankomatların sayı azalıb. Belə ki, bankomatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 ədəd azalaraq 2470 ədəd olub.
Posterminalların sayı 2017-ci ilin avqust ayı ilə müqayisədə azalaraq 65 min 706 ədəd təşkil edib.