USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank of Baku" "AmrahBank"a qarşı - KREDİT DUELİ, QALİB

17.09.2018 Bank
0 0
Bu gün "Bank of Baku" və "AmrahBank" nağd pul krediti üzrə "Bankların Dueli" meydanındadır. Hər iki bank ən sərfəli kredit şərtləri ilə yarışsa da, tələb və faizlər müxtəlif olub.

"Kommersant.az" xəbər verir ki, bu gün "Bank of Baku""AmrahBank" "Bankların Dueli" adlı layihədə nağd pul krediti üzrə yarışıb.

Yarışda sözügedən kreditin şərtləri ilə bağlı banklara müraciət olunub və hər iki bankın kredit mütəxəssisləri suallarımızı cavablandırıb. 10 min manatlıq kreditin 1 il müddətinə alınması üzrə şərtlərə nəzər yetirdikdə isə "Bank of Baku"nun daha ağır şərtlər irəli sürdüyü qeydə alınıb. Belə ki, "Bank of Baku"da 10 min manatlıq kreditin illik faiz dərəcəsi (FİFD) 27% olaraq qeyd olunub ki, bu, "AmrahBank"da 21% təşkil edir. Komissiya haqqını da "AmrahBank"dan 1% artıq alan "Bank of Baku" aylıq ödənişə 960 manat pul tələb edir. Bu da rəqibindən 29 manat çoxdur. İlin yekununda isə "Bank of Baku" "AmrahBank"dan 600 manat daha çox pul alır.

"Bankların Dueli" adlı yarışmanın bu günə olan nəticəsinə görə, "AmrahBank"ın daha sərfəli və daha ucuz kredit verdiyi məlum olub.

Yekun nəticə olaraq bugünkü duelin qalibi "AmrahBank"dır.

Sabah (18 sentyabr) "Access Bank" "Turan Bank" nağd pul krediti üzrə duelə çıxacaq. Gözünüz bizdə olsun. Çox maraqlı olacaq.

"Kommersant.az" duelin cədvəlini təqdim edir:

Bank of Baku

BANKLARIN DUELİ

AmrahBank

Kredit Xətti

10.000

10.000

Kredit Xətti

FİFD

27%

21%

FİFD

Komissiya Haqqı

2%

1%

Komissiya Haqqı

Zamin

1 nəfər

1 nəfər

Zamin

Aylıq Ödəniş

960 AZN

931 AZN

Aylıq Ödəniş

Aylıq Maaş

1.000 AZN +

1.000 AZN +

Aylıq Maaş

Cəmi (Yekun)

12.700

12.100

Cəmi (Yekun)