USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox bankir hansı ölkədədir - RƏQƏMLƏR

17.09.2018 Bank
0 0
Avropa Birliyinə (AB) üzv olan 28 ölkədə 2008-ci ildə 3,26 milyon nəfər bank işçisi var idisə, bu rəqəm hər il azalaraq, 2017-ci ilin sonunda 2,74 milyona düşüb.

"Kommersant.az" dünya mediasına istinadən xəbər verir ki, 2017-ci ilin yekun nəticələrinə görə, AB-yə üzv ölkələr içində ən çox bank işçisi Almaniyada çalışır. Burada 2017-ci ildə cəmi 619 min 59 nəfər bank işçisi qeydə alınıb. Fransada bu rəqəm 404 min 1, İngiltərədə 353 min 299, İtaliyada isə 281 min 865 nəfərdir.