Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi hərracın nəticələri açıqlanıb
"Kommersant.az" xəbər verir ki, Rusiya Mərkəzi Bankının nəticələrinə görə, bu saatlarda 1 dolların dəyəri 0,09 rubl ucuzlaşaraq 68,20 rublda sabit qalıb.
Məlumatda bildirilir ki, Rusiyada 1 avronun dəyəri də 0,59 rubl ucuzlaşaraq 79,36 rubl olub.
Rusiyada valyuta birjalarındakı nəticəyə görə isə 1 dollar 68,06 rubl, 1 avro isə 79,50 rubl təşkil edir.
Nağd alış-satışda isə 1 dollar 68,77 rubl, 1 avro isə 80,29 rubldur.