Bu gün “Bankların Dueli” meydanında “AccessBank” və “TuranBank” üz-üzə gəlib. Nağd pul krediti üzrə duelə çıxan bu iki bankın kredit mütəxəssisləri suallarımızı cavablandıraraq yarışmada iştirak ediblər.
"Kommersant.az" xəbər verir ki, hər iki bank 10 min manatlıq kreditin 1 il müddətinə verilməsi üzrə müxtəlif şərtlər irəli sürüb. Şərtlərə nəzər yetirdikdə isə, "Access Bank"ın nisbətən daha çox faiz tələb etdiyi qeydə alınıb.
Belə ki, "TuranBank"ın 24%-lə təqdim etdiyi 10 min manatlıq krediti "Access Bank" 25%-lə təklif edir. Komissiya haqqı tələbinin eyni olduğu bankların digər fərqi isə kreditin verilməsi və yekunda ödənən məbləğ olub. Məsələn, 10 min manatlıq kreditin yekununda 11 min 347 manat tələb edən "TuranBank"dan fərqli olaraq "Access Bank" 1153 manat artıq, yəni 12 min 500 manat tələb edir.
Qeyd edək ki, "Access bank" kredit şərtləri haqqında bir çox sualı ancaq filiala müraciət edən müştərilərə cavablandırır.
Xatırladaq ki, sabah (19.09.2018) "Azər Türk Bank" və "Ziraat Bank (Azərbaycan)" nağd pul krediti üzrə duelə çıxacaq. Gözünüz bizdə olsun. Çox maraqlı olacaq.