Bu gün “Bankların Dueli” yarışmasında “Azər Türk Bank” və “Ziraat Bank Azərbaycan” üz-üzə gəlib.
"Kommersant.az" xəbər verir ki, hazırki vəziyyətdə "Azər Türk Bank" Azərbaycanda fəaliyyət göstərən əksər banklar arasında ən ucuz nağd pul krediti verən bankdır. 10 min manatlıq istehlak kreditini illik 18%-lə təklif edən "Azər Türk Bank" sözügedən kredit məbləğini zaminsiz təklif edir. Rəqibi "Ziraat Bank (Azərbaycan)" isə mediaya qapalı bank olduğu üçün kredit şərtləri barədə məlumat verməkdən boyun qaçırıb. Hər bir halda "Ziraat Bank (Azərbaycan)" nağd pul kreditini 18%-dən aşağı illik faiz dərəcəsi ilə təqdim etmək gücünə malik deyil.
Aşağıda qeyd olunan kredit şərtlərinə nəzər yetirdikdə məlum olur ki, "Azər Türk Bank" bu günün sərfəli kredit verən bankı olaraq qalib elan olunur.
Xatırladaq ki, sabah (20 sentyabr) "AG Bank" və "Silk Way Bank" "Bankların Dueli" yarışında üz-üzə gələcək. Hər iki banka uğurlar arzu edirik. Gözünüz bizdə olsun. Çox maraqlı olacaq.