Bu gün “Bankların Dueli” yarışında “VTB Bank (Azərbaycan)” və “AFB Bank” üz-üzə gəlib. Meydanda nağd pul krediti üzrə yarışan hər iki bankın 10 min manat üçün tələb etdikləri şərtlər müxtəlif olub.
"Kommersant.az" xəbər verir ki, "VTB Bank (Azərbaycan)" 10 min manatlıq nağd pul kreditini 1 illik 22% faktiki illik faiz dərəcəsi ilə və 2%-lik komissiya haqqı ilə təklif edirsə rəqibi "AFB Bank" bu krediti illik 28%-lə və 1%-lik komissiya haqqı ilə təqdim edir. Aylıq ödənişdə də rəqibini üstələyən "VTB Bank (Azərbaycan)" yekunda ödənilən məbləğə görə də "AFB Bank"ı məğlub edib. Belə ki, yekunda 467 manat daha az pul alan "VTB Bank (Azərbaycan)" duelin ən ucuz nağd pul krediti verən bankı elan olunur.
Hər iki bankın nağd pul krediti üzrə təklif etdiyi faiz və şərtləri sizə təqdim edirik: