USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbəti depozit hərracı keçiriləcək

21.09.2018 Bank
0 0
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

"Kommersant.az" xəbər ki, 24 sentyabr 2018-ci il il tarixində keçiriləcək hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur.

Müddət 14 gün, faiz dərəcəsi 8,01% – 9,99% aralığında müəyyən olunub.

Mərkəzi Bank depozit hərracı və not emissiyaları ilə banklardakı izafi manat kütləsini yığır.

Xəbər verdiymiz kimi, 17.09.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 750,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.