USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta bazarının göstəriciləri açıqlanıb

21.09.2018 Bank
0 0
2018-ci ilin yanvar-avqust ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 517 mln. manat məbləğində sığorta haqları toplanıb, 169 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

"Kommersant.az" Maliyyə Bazarlarına Nəzarət Palatasınına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 374.7 mln. manat, ödənişlər isə 124.6 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 142.3 mln. manat, ödənişlər isə 43.9 mln. manat olub.

2018-ci ilin yanvar-avqust ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i könüllü, 28%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

Sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.