Bu gün bankların dueli yarışında “Ata Bank” və “Muğan Bank” üz-üzə gəlib. Meydanda nağd pul krediti üzrə yarışan hər iki bankın 10 min manat üçün tələb etdikləri şərtlər müxtəlif olub.
"Kommersant.az" xəbər verir ki, "Ata Bank" 10 min manatlıq nağd pul kreditini 24% illik faiz dərəcəsi ilə müştərilərinə təqdim edir. 1% komissiya haqqı və 0,8% nağdlaşdırma haqqı (ümumilikdə 1,8%) alan "Ata Bank" zamin tələb etmir. Sözügdən məbləği istehlak krediti olaraq "Ata Bank"dan almaq üçün mütləq şəkildə girov qoymaq və mütləq halda ən azı 1.892 manat rəsmi əmək haqqı almaq lazımdır. 10 min manatlıq krediti 1 illik təqdim edən "Ata Bank" aylıq 945 manat 60 qəpik ödənişlə ilin yekununda 11 min 347 manat pul alır.
"Muğan Bank" isə hələ də nağd pul kreditinin verilməsini bərpa etməyib. Belə ki, uzun müddətdir istehlak krediti verməyən bank, ayın sonunda sözügedən kreditin verilməsini bərpa edəcəyini açıqlayıb.
Beləliklə, bu günə olan kredit duelinin qalibi "Ata Bank" seçilir. Hər iki bankın kredit şərtlərini sizə təqdim edirik:
Ata Bank
Şərtlər
Muğan Bank
10.000
Kredit Məbləği
10.000
24%
İllik Faiz Dərəcəsi
-
1,8%
Komissiya Haqqı
-
Tələb Olunmur
Zamin
-
945,6
Aylıq Ödəniş
-
1.892
Aylıq Maaş
-
11.347,2
Cəmi (Yekun)
-
Xatırladaq ki, sabah (25 sentyabr) "UniBank" və "Express Bank" nağd pul krediti üzrə meydana çıxacaq. Hər iki banka uğurlar arzu edirik.