USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədə dollara tələb artacaq

24.09.2018 Bank
0 0
Sentyabrın 26-da, Bakı vaxtilə saat 22:00-da Amerika Mərkəzi Bankı (FED) faiz dərəcəsini açıqlayacaq.

"Kommersant.az" xəbər verir ki, FED-in faiz dərəcəsi ilə bağlı qərarını 3 variantda gözdən keçirmək olar: ABŞ Mərkəzi Bankı faizi qaldıracaq; dəyişməyəcək; aşağı salacaq.

Məlumdur ki, FED-in faiz dərəcələrini qaldırması dolların digər valyutalar qarşısında bahalaşmasına gətirib çıxarır.

FED-in faizi qaldıracağı təqdirdə Azərbaycan manatını nə gözləyir?

İqtisadçı alim Vüqar Bayramov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, FED-in uçot dərəcəsi ilə bağlı qərarı nəticə etibarilə investorların öz pullarını daha çox ABŞ dollarında saxlamağa üstünlük verməsinə gətirib çıxaracaq:

"Ağ ev FED-dən fərqli olaraq dolların bahalaşmasında maraqlı deyil. Aparılan sorğular göstərir ki, ABŞ Mərkəzi Bankının faiz dərəcəsini artırma ehtimalı yüksəkdir. FED-in qərarının Azərbaycan valyuta bazarına psixoloji təsirləri var. Məzənnənin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın manatın məzənnəsinin müəyyənləşdirilməsinə təcili imkanları genişdir. Qurumun son açıqlaması da göstərir ki, o, manatın məzənnəsini dollara nisbətdə möhkəmləndirməkdə maraqlı deyil. Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamaqda daha maraqlıdır. Proqnoza görə, noyabrın ikinci yarısından başlayaraq (xüsusilə dekabrda) ölkədə dollara tələb yenidən artacaq".