USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bank depozit faizlərini artırdı

24.09.2018 Bank
0 0
Bank VTB (Azərbaycan) “Universal”, “Sərfəli” və “Sərbəst” depozitləri üzrə faiz dərəcələrini artırıb. Əmanətlər üzrə gəlirlilik 1,4 faiz bəndi artıb.

Bankdan "Kommersant.az"a daxil olan məlumata görə, indi vəsaitin əlavə edilməsinə imkan verən “Universal” əmanəti üzrə maksimal faiz dərəcəsi manatla illik 9%, dollarla 1,9% təşkil edir. “Sərfəli” depoziti üzrə faiz dərəcələri dollarla 2,3% , manatla 10,5%-dir. Hər iki məhsul üzrə əmanətin minimal məbləği 100 manat (və ya xarici valyuta ekvivalenti) təşkil edir.

“Sərbəst” əmanəti manat üçün 2,5%, dollar üçün 0,5% ilə vəsaiti yerləşdirməyə imkan verir. Əmanətin minimal məbləği - 50 manatdır (və ya xarici valyuta ekvivalenti). Əmanətə vəsaitin əlavə edilməsi və vaxtından əvvəl çıxarılma imkanının olması depozitin üstünlüyüdür.

Müştərinin istəyindən asılı olaraq faizlər bank kartı və ya cari hesaba köçürülə, aylıq və ya müddətin sonunda ödənilə bilər. Əmanət açıldıqda ödənilən faizlərin çıxarılması üçün müştəri pulsuz plastik kart, SMS-xəbərdarlıq xidməti əldə edir, eləcə də internet və mobil bank xidmətlərinə qoşulur.

Bundan başqa, VTB (Azərbaycan) əmanətçiləri kredit üzrə sərfəli şərtlərdən istifadə edə bilər – onlar üçün bank “Əmanət girovlu kredit” məhsulunu təklif edir. Onun faiz dərəcəsi əmanət faizi +3% bərabərdir, minimal məbləğ - 700 manat (xarici valyuta ekvivalenti) təşkil edir.