“NİKOİL” Bank İKB ASC Bakı və regionlardakı filiallarına “Aqro və mikro kreditləri” üzrə və “kiçik və orta sahibkarlıq kreditləri” mütəxəssisi vakansiyaları elan edir.
"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:
İş yerlər qeyd olunan ərazilərdəki filiallar üzrədir: Bakı , Sumqayıt, Bərdə, Gəncə, Lənkəran üzrə
Vəzifə öhdəlikləri:
• Potensial müştərilərin cəlb olunması və məlumatlandırılması;
• Kredit məhsulları üzrə müştərinin biznes təhlilini aparmaq;
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Tələblər:
• Ali təhsil
• Ünsiyyətçilik, təşəbbüskarlıq, şəffafliq, işgüzarlıq, çeviklik;
• Komandada işləmək bacarığı
• Müştərilərlə işləmək qabiliyyəti
• Riyazi hesablama aparmaq qabiliyyəti
• İşdədəqiqlik,məsuliyyətlilik
• İş təcrübəsi olanlara üstünlük verilir. İş təcrübəsinin müştəri xidmətləri və satış sahəsində olması arzuolunandır.
Sizə vəd edirik
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Əmək haqqından əlavə bonus qazanma imkanları.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (“Aqro və mikro kreditləri” və “Kiçik və orta sahibkarlıq kreditləri”- filialın adı) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.