USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan banklarının ən uğurlu marketoloqları kimlərdir? - SİYAHI, FOTO

25.09.2018 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən banklarda ən çalışqan və uğurlu marketoloqların siyahısını hazırlayaraq sizlərə təqdim etmək istədik.

“Kommersant.az” xəbər verir ki, banklarda marketinqlərin bəziləri bankla müxbir arasında “qalxan” rolunu oynayır. Yəni, vəzifəsinin müxbirin sorğusuna cavab vermək deyil, daha çox müxbirin sorğusunu ört-basdır etmək və yalnız banka maraqlı olan məlumatların ictimaiyyətə çatdırılmamasını təmin etmək kimi başa düşür. Məslən, “Ziraat Bank Azərbaycan”, “Günay Bank”, “Bank Avrasiya”, “NBC Bank” və s. kimi banklar ictimaiyyətə qapalı banklardır. Bu banklar öz barələrində olan xəbərlərin yalnız rəsmi saytlarında (yalan-yalnış olmasına fikir vermədən, müştərilərini aldatmaq bahasına olsa da özlərinə sərf etdiyi şəkildə) dərc olunması ilə kifayətlənirlər.

“Kommersant.az” Azərbaycanda fəaliyyət göstərən bankların marketinqləri arasında ən uğurlu 10 nəfəri seçərək sizlərə təqdim edir:

Qeyd edək ki, siyahıdakı bankların adları əlifba sırası üzrə düzülüb:

1 “Access Bank” - Günay Cəlilova

2 “Amrah Bank” - Şəfiqə Hacıyeva

3 “ATA Bank” - Oruc İbrahimov

4 “Azər Türk Bank” - Rauf Ağayev

5 “Bank of Baku” - Gülşən Cumayeva

6 “Bank Respublika” - Əli Daşdəmirov

7 “UniBank” - Sülhiyyə Şirinova

8 “VTB Bank (Azərbaycan)” - Nigar Kərimova

9 “Xalq Bank” - Elşən Eynullayev

10 “Yapı Kredi Bank” - Heydər İsmayılov

Adı yuxarıdakı siyahıda yer alan bankların marketinq departamentlərinin bütün əməkdaşlarına, əsasən də "PR" menecerlərinə media ilə dürüst və operativ şəkildə çalışdıqları üçün "Kommersant.az" portalı olaraq sonsuz təşəkkürlərimizi bildirir, uğurlarının davamını arzulayırıq.

Xüsusi təşəkkür: "Bank Respublika" nın Marketinq Kommunikasiyaları üzrə meneceri Çingiz Əsədova.