Sentyabrın 25-də İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudak ilə görüşüb.
Bundan başqa, özəl sektorun layihələrinin birbaşa maliyyələşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, alternativ enerji, tullantıların idarəedilməsi, Abşeron göllərinin bərpası sahəsində də Bankla əməkdaşlıq edilə bilər.
"Kommersant.az" xəbər verir ki, bu sözləri Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudakla görüşündə bildirib.
V.Hudak bildirib ki, AİB maliyyə dəstəyi ilə yanaşı, ekspertiza, texniki və məsləhət xidmətləri də göstərir. İnfrastrukturun yaradılması və bərpası sahəsində Bankın geniş təcrübəsinin olduğunu xatırladan AİB-in vitse-prezidenti Azərbaycanda avtomobil və dəmir yollarının inşası və yenidənqurulmasına Bankın maliyyə dəstəyi göstərə biləcəyini qeyd edib. Bank rəsmisi alternativ enerji, ekologiya, göllərin təmizlənməsi, özəl sektora, xüsusilə də kiçik və orta biznesə dəstək sahəsində də əməkdaşlığın mümkünlüyünü, bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.