USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank köçürmələri zamanı ortaya çıxan problemlərdən danışılıb

28.09.2018 Bank
0 0
Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Monitorinq Xidmətinin əməkdaşları ilə görüşü keçirilib.

ABA-dan "Kommersant.az"a daxil olan məlumata görə, görüşdə, Maliyyə Bazarlarına Nəzarət Palatası Daxili Nəzarət İdarəsindən Rauf Kazımov, Maliyyə Monitorinq Xidməti Analitik Şöbənin rəhbəri Zaur Hacılı, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri Aydın Hüseynov və bankların nümayəndələrindən ibarət Qrupun üzvləri iştirak ediblər.

İclasda cari Müxbir Hesabların idarə edilməsi, Müxbir Banklar tərəfindən edilən komplayns sorğuları, müştərilərin bank köçürmələri zamanı ortaya çıxan problemlər və yeni Müxbir Hesabların açılması və digər əlaqədar məsələlər müzakirə edilib.