USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank (Azərbaycan)” filiallarını niyə bağlayıb? - RƏSMİ CAVAB

28.09.2018 Bank
0 0
“Yapı Kredi Bank (Azərbaycan)” 17 ölkədə fəaliyyət göstərsə də, Azərbaycanda bir neçə filialını bağlayıb.

“Kommersant.az” xəbər verir ki, “Yapı Kredi Bank (Azərbaycan)” devalvasiyadan sonra bir neçə filialını bağlayıb. Hazırda isə bankın ümumilikdə 8 filialı (Bakı şəhərində 7 filial, Sumqayıt şəhərində isə 1 filialı) fəaliyyət göstərir.

Bankdan, suallarımıza verilən cavab olaraq bilidirilib ki, hazırda bank Gəncə şəhərində fəaliyyətini tamamilə dayandırıb.

“Bunun nəticəsi olaraq, müştərilərinin bankçılıq əməliyyatları üçün əlavə vaxt sərf etməməsi, onların rahatlığı üçün Alternativ Xidmət Kanalları məhsulları təklif etməkdədir. İnternet və Mobil bankçılıq sistemləri ilə, habelə, “ATM”, “Call Center” xidmətləri ilə “Yapı Kredi Bank (Azərbaycan)” müştəriləri müxtəlif bankçılıq əməliyyatını vaxtlarına qənaət edərək həyata keçirirlər. Elektron bankçılığın inkişafı filial şəbəkəsinin artırılması üçün ayrılan investisiyaların yuxarıda adını çəkdiyimiz məhsulların inkişaf etdirilməsi üçün yatırmağa gətirib çıxarır”, - deyə, bankdan bildirilib.

Qeyd edək ki, “Yapı Kredi Bank (Azərbaycan)” dünyanın 17 ölkəsində olan bankçılıq təcrübəsini Azərbaycanda da tətbiq edir.