Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və sığorta şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb.
"Kommersant.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, "PAŞA Həyat Sığorta", "Atəşgah Həyat Sığorta" və "Qala Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi əksini tapıb. Həmçinin, informasiya ehtiyatları üzrə məlumat bazalarının inteqrasiyası, müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılması, istehsalatda bədbəxt hadisə baş verdiyi hallarda araşdırma materialları üzrə məlumatların əldə edilməsi, sığorta hadisələrinin baş verməsinin qarşısının alınması ilə bağlı tövsiyələrin verilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətləri üzrə də əməkdaşlıq sahələri müəyyən edilib.