Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə növbəti sosial layihə həyata keçirir.
Bankdan "Kommersant.az"a daxil olan məlumata görə, layihə çərçivəsində paytaxt filiallarında təqaüdçülər müştərilərə xidmət göstərəcək. Yeni layihə “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə keçirilir.
1 ay ərzində davam edəcək layihə zamanı təqaüdçülər, filiala gələn yaşlı müştəriləri almaq istədikləri xidmət üzrə yönəldəcəklər. Bu layihə Kapital Bank-ın “Könüllülər” proqramı çərçivəsində həyata keçirilir.
“Bu ilki “Könüllülər” proqramında iştirak edən təqaüdçülər əsasən ahıl müştərilərimizə xidmət göstərəcək və onlara bank əməliyyatlarını həyata keçirməkdə köməklik edəcəklər. Layihəni keçirməkdə məqsəd, yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaqdır”, - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.