"Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla ( körpələr evi-uşaq bağçaları, xəstəxanalar və s.) 836 sayda müqavilə bağlayıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə ASC-nin yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, 2017-ci il üzrə 736 dövlət uşaq bağçası 29 min ton (dəyəri 43 milyon manat), 2018-ci ilin 8 ayı ərzində isə 709 uşaq bağçası 18 min ton (dəyəri 33 milyon manat) həcmində 27 adda ərzaqla təmin olunub.
Hazırda Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayonları üzrə 168 dövlət satınalan təşkilatı mövcuddur, bunlardan 136-ı uşaq bağçalarıdır. Cari ildə bölgədəki satınalan təşkilatlar üzrə 92 ton (1,6 milyon manatlıq), uşaq bağçaları üzrə isə 683 ton (1,2 milyon manatlıq) həcmində ərzaq məhsullarının tədarükü həyata keçirilib. Lənkəran şəhərində mövcud olan 65 uşaq bağçası üzrə 279 ton (490 min manatlıq) həcmində təchizat həyata keçirilib.