Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (ASA) təşkilatçılığı ilə keçirilən “Sığortaçılar liqası” üzrə futbol çempionatının püşkatma mərasimi baş tutub.
ASA-dan "Kommersant.az"a daxil olan məlumata görə, püşkatma mərasiminə ASA-nın sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri, həmçinin, iştirakçı şirkətlərin komanda kapitanları qatılıb. Püşkatmanın nəticəsi belədir:
A Qrupunda – AtaSığorta, Meqa Sığorta, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və Xalq Sığorta şirkətinin komandaları;
B Qrupunda – Paşa Həyat Sığorta, Paşa Sığorta, Atəşgah Sığorta, AzSığorta və Qala Həyat Sığorta şirkətinin komandaları mübarizə aparacaq.
Qrup oyunları nəticəsində hər qrupun 1 və 2-ci müəyyən olunur, daha sonra onlar arasında keçirilən oyunlar çempionatın qalibini müəyyən edəcək.
"Sığortaçılar liqası" üzrə futbol çempionatının ilk oyunları B Qrupu üzrə "Paşa Həyat – Atəşgah Sığorta" və "Paşa Sığorta – AzSığorta" komandaları arasında 6 oktyabrda baş tutacaq.