USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank kartınızın PİN-kodunu özünüz təyin edə biləcəksiniz

05.10.2018 Bank
0 0
VTB (Azərbaycan) PİN-kodsuz kart buraxılışını nəzərdə tutan PİN Set xidmətini tətbiq edib.

Bankdan "Kommersant.az"a daxil olan məlumata görə, kartı aldıqda müştəri şəxsi PİN-kodunu POS-terminal vasitəsilə təyin etməlidir.

“Hər dəfə ödəniş kartı dəyişildikdə yeni kart üçün yeni PİN-kod da verilir. PİN Set funksiyasının tətbiqi müştəriləri maksimal komfortla təmin edir: müştəri onun üçün yadda saxlamağa asan olan rəqəmləri seçir. O, əvvəlki kartının PİN-kodunu istifadə edə və ya bütün kartlara bir kod təyin edə bilər. Əminəm ki, indi müştərilər tərəfindən PİN-kodun unudulması və kartdan istifadə imkanının məhdudlaşması halları xeyli azalacaq”, - deyə bank VTB (Azərbaycan)-ın Pərakəndə biznes məhsullarının metodologiya və hazırlanması şöbəsinin rəisi Kamilə Əliyeva bildirib.

Bank müştəriyə seçim hüququ da verir: kart sahibi PİN Set xidmətindən yararlanmaq istəmirsə, ona PİN-kod olan zərf təqdim edilir.