USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank BTB" və "Muğan Bank" lombard davasında - NƏTİCƏ, QALİB

08.10.2018 Bank
0 0
Bu gündən etibarən “Bankların Dueli” yarışmasında iştirak edəcək bankların lombard krediti üzrə meydana çıxacağı barədə məlumat vermişdik.

"Kommersant.az" xəbər verir ki, bu gün lombard üzrə keçirilən kredit yarışmasında "Bank BTB""Muğan Bank" iştirak edir. Hər iki bank krediti fərqli şərtlərlə müştərilərinə təqdim edir. Belə ki, "Bank BTB"də lombard kreditinə ən aşağı 300, ən yüksək halda isə 10 min manat təklif edir. "Muğan Bank" isə sözügedən kreditə ən az halda 300, ən çox halda isə 20 min manatadək kredit verə bilir. Bu iki bankdan hansının daha sərfəli və uyğun kredit verdiyini isə siyahı üzrə təqdim edirik:

Bank BTB

Şərtlər

Muğan Bank

300 – 10.000

Kreditin Məbləği

300 – 20.000

AZN

Valyuta

AZN

1 – 24 ay

Kreditin Müddəti

3 – 24 ay

22,8%

İllik Faiz Dərəcəsi

48%

-

Qiymətləndirmə Haqqı

10 AZN

1% - 3%

Komissiya Haqqı

1%

1%

Nağdlaşdırma Haqqı

3%

Siyahıda qeyd olunan şərtlərə görə, "Bank BTB" lombard kreditini daha aşağı faizlərlə verilir. Buna görə də bu günün ən sərfəli lombar kreditini təklif edən bank "Bank BTB" seçilir.

Qeyd edək ki, "Muğan Bank" hazırda sadəcə lombard krediti verir.