USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"VTB Bank" və "Azər Türk Bank"ın kredit duelinin - NƏTİCƏSİ, QALİB

11.10.2018 Bank
0 0
“Bankların Dueli” yarışması lombard kreditləri mübarizəsi ilə davam edir. Bu gün sözügedən kreditlərdə “VTB Bank (Azərbaycan)” və “Azər Türk Bank” üz-üzə gəlib.

"Kommersant.az" xəbər verir ki, "VTB Bank" hazırda lombard krediti vermir. Rəqibi "Azər Türk Bank" isə 15 min manatadək qızıl-zinət əşyalarını lombard kreditinə cəlb edir. Manat valyutası ilə rəsmiləşdirilən kreditin maksimal müddəti isə 36 ay təşkil edir. İllik faiz dərəcəsinin 28% - 30% təşkil etdiyi "Azər Türk Bank"da faiz kreditin müddətinə görə təyin edilir.

"VTB Bank" lombard krediti vermədiyi üçün, günün sərfəli şərtlərlə lombard krediti təklif edən bankı "Azər Türk Bank" seçilir.

Xatırladaq ki, duelə çıxan banklar püşkatma yolu ilə müəyyənləşir.

Hər iki bankın lombard krediti üzrə şərtlərini sizə təqdim edirik:

VTB Bank

Şərtlər

Azər Türk Bank

-

Kreditin Məbləği

15.000

-

Valyuta

Manat

-

Kreditin Müddəti

36 ayadək

-

İllik Faiz Dərəcəsi

28% - 30%

-

Qiymətləndirmə Haqqı

-

-

Komissiya Haqqı

1%

-

Nağdlaşdırma Haqqı

-

Qeyd edək ki, "Azər Türk Bank"da lombard krediti yalnız Gəncə filialı tərəfindən rəsmiləşdirilir.