USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Agent bankçılıq mövzusunda banklarla görüş keçirilib

12.10.2018 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən tədbirdə maliyyə inklüzivliyinin gücləndirilməsində agent bankçılığın rolu, agent bankçılığın perspektivləri, təqdim olunan xidmətlər və agent bankçılığın tətbiqi imkanları ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

ABA-dan "Kommersant.az"a daxil olan məlumata görə, tədbirdə palata tərəfindən agent bankçılığın perspektivləri sahəsində beynəlxalq təcrübəyə dair araşdırma nəticələri iştirakçılara açıqlanıb. Qarşılıqlı müzakirələr əsasında keçən tədbirdə agent bankçılığa təsiredici amillər, risklər, habelə bank və agent münasibətlərinin tənzimlənməsi açıqlanaraq iştirakçıların agent bankçılıq və onun tətbiqi perspektivləri ətrafında sualları cavablandırılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfinin icrası çərçivəsində baş tutub.