"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 13-nün bu ilin yanvar-mart aylarındakı faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
"Kommersant.Az" xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan", "Naxçıvan Bank", İran Milli Bankının Bakı filialı, "Atabank", "Muğan Bank", "NBC Bank", "AFB Bank", "Bank Silk Vey", "Express Bank", "Amrah Bank", "Bank BTB" və "Azər-Türk Bank"dır. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (2 dəfə), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (4,5%) qeydə alınıb.
16 bankın - "Rabitəbank", "Günay Bank", "Turan Bank", "Unibank", "Nikoyl Bank", "Kapital Bank", "Bank Avrasiya", "Azərbaycan Sənaye Bankı", "AGBank", "Access Bank", "Xalq Bank", "Bank VTB Azərbaycan", "Bank Respublika", "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Bank of Baku"nun isə faiz xərcləri azalıb. Ən çox azalma "Bank of Baku"da (42,2%), ən az azalma isə "Rabitəbank"da (0,4%) qeydə alınıb.