USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq Bank 9 ayın hesabatını açıqladı - RƏQƏMLƏR

15.10.2018 Bank
0 0
Bu dövrdə bankın kredit portfeli 1,7 milyard manat olub.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin 9 ayı üzrə fəaliyyət göstəricilərini açıqlayıb.

Belə ki, 30 sentyabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 8,32 milyard manat, balans kapitalı isə 1,28 milyard manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli 1,7 milyard manat, fiziki şəxslərin bankdakı depozitlərinin həcmi 1,22 milyard manat olub. Cari ilin ötən dövrü ərzində bank tərəfindən real sektora 200 milyon manata yaxın həcmində kredit və qarantiyalar verilib.

Bank ilin 9 ayını 319 milyon manat mənfəətlə başa vurub. Bu dövrdə bankın faiz gəlirləri 308 milyon manat təşkil edib. Bankın əməliyyat gəlirləri 87 milyon manat olmaqla qeyri-faiz xərclərini tam qarşılayıb.