USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İrandan neft alan ölkələrə 6 ay vaxt verildi - NEFT BAHALAŞIR

09.05.2018 Bank
0 0
ABŞ İrandan xam neft alanlara bunu dayandırmaları üçün altı ayları olduğunu, əks halda cəza ilə qarşılaşacaqlarını (sanksiya tətbiq ediləcək) açıqlayıb. Bu açıqlamanın ardından neft qiymətləri üç ilin ən yüksək səviyyəsinə qalxdı.

"Kommersant.Az" xəbər verir ki, Qərbi Texas nefti (WTI) 3.1 faiz yüksələrək bareli 71.17 dollara, Brent nefti 3.1 faiz bahalaşaraq barreli 77.20 dolları gördü.

1 GÜNƏ KREDİT ALIN!

ABŞ Prezidenti Donald Trampın ABŞ-ın nüvə müqaviləsindən çıxması qərarının təsirinin nə olacağı məsələsi hələ də qeyri-müəyyəndir. Sanksiyaların yenidən tətbiq olunmağa başlamasının, Orta Şərqin üç ən böyük neft istehsalçısından biri olan İrandan ixracın azalmağa başlamasına səbəb olacağı gözlənilir. ABŞ-ın Xəzinə Nazirliyi niyyətlərinin İranın xam neft satışlarının dayandırılması olduğunu açıqlayıb.

Adətən yay aylarında neft emalı zavodların xam neftə təlabatı artır. Belə bir vaxtda bütün tərəflərin İrandan neft alışlarını kəskin azaltmaları gözlənilir. ABŞ-ın Şərqi Asiyadakı bəzi müttəfiqlərinin İrandan alışları dayandıracağı bildirilir. İranın neft ixracının gündəlik bir milyon barrelədək azala bilər.

İran neftinin altıncı ən böyük alıcısı olan Yaponiya ABŞ-dan sanksiyalar tətbiq etməməsi üçün möhlət istəyib. İranın digər iri müştəriləri isə hələ niyyətlərini dilə gətirməyiblər. ABŞ-ın qərarına qarşı çıxan Çin, Hindistan və Türkiyə kimi ölkələrin İrndan neft alışlarını davam etdirməyə çalışacaqları bildirilir.