Avropada və Türkiyədə fundamental risklərin artması, valyutaların da ucuzlaşmaqda davam etmələrinə təsir edir, neft olan tələb isə yüksək olaraq qalır.
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.19$-ın altında ticarət edilməkdədir və qiymət bu səviyyənin altında qaldıqca, 1.1765$-a kimi də ucuzlaşacağı proqnozlaşdırılır.
USD/TRY məzənnəsində yeni hədəf: 4.47TL
Türkiyə bazarlarında isə dollar bahalaşmaqda davam edir. Artıq 4.35TL-ə kimi bahalaşan USD/TRY məzənnəsi 4.34TL-nin üzərində qalarsa, 4.41TL və 4.46TL-ə kimi də artım dalğasına davam edə bilər.
Brent nefti 78$ istiqamətində
Əmtəə bazarlarında isə neft qiymətləri bahalaşmaqda davam edir. Artıq Avropanın Brent nefti 76.60$-a ticarət edilməkdədir və bir barel üzrə qiymət 78.08$-a kimi də dəyər qazana bilər.