"Kommersant.Az" xəbər verir ki, bunu saytımıza açıqlamasına "Unileasing" şirkətinin nümayənədəsi, "Unileasing" Lizinq Şirkəti" QSC-nin adını və təşkilati-hüquqi formasını dəyişərək "IDirekt kredi" MMC-yə çevrilməsi xəbərinə aydınlıq gətirərkən deyib.
O, şirkətin kredit təşkilatına çevrilib-çevrilməyəci ilə bağlı məsələyə də aydınlıq gətirərək bildirib ki, şirkətin hazırki fəaliyyət növü hələ müəyyənləşdirilməyib:
"Yenə lizinq fəaliyyəti ilə məşğul olub-olmayacağımızı hələ dəqiq bilmirik. İndiki zamanda bazardakı borclarımızı yığırıq."
Qeyd edək ki, bu gün mediada yayılan xəbərə görə, "Unileasing" Lizinq Şirkəti" QSC adını və təşkilatı-hüquqi formasını dəyişərək "IDirekt kredi" MMC olub.
Bildirək ki, "Unileasing" 2004-cü ildən fəaliyyət göstərir.