Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.
"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,08 dollar və ya 0,11% bahalaşaraq 72,00 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,02 dollar və ya 0,02% yüksələrək 81,43 dollar olub.