Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə 2018-ci il sentyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artıb.
"Kommersant.az" xəbər verir ki, 2018-ci il sentyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyon 20 min manat olub. Əmanətlərin 63%-i xarici, 37%-i isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,5% artıb.