USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"ASB"nin öhdəlikləri artıb

17.10.2018 Bank
0 0
"Azərbaycan Sənaye Bankı"nın cəmi aktivləri 12 milyon 379 min manat olub.

Ötən rüb isə bu göstərici 12 milyon 673 min manat idi. Bankın cari ilin 3 rübünün yekunlarına görə cəmi aktivləri 1,007,197,24 manat olub. Ötən rüb isə bu göstərici 1,019,676.52 manat olub.

"ASB"-nin cəmi öhdəlikləri 2-ci rüb 926,271.52 manat , 3 cü rüb isə 911,967.98 manat olub.

Bankın xalis faiz gəliri 8554.08 manat olub. Ötən rüb bu göstərici 5869.60 manat idi. Qeyri-faiz gəliri cari ilin 3-cü rübü 4 milyon 943 min manat, ötən rüb isə 3 milyon 293 min manat olub ki, bu da rüblər arasındakı məbləğdə 1 milyon 650 min manat az olduğu məlum olur.

Cari il oktyabrın 1-nə "ASB"nin aktivləri 1 007,197 milyon manat olub ki, bu da illik müqayisədə 6,9% çoxdur. Bunun 280,798 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,2% kiçilib.

Hesabat dövründə "ASB"nin öhdəlikləri 7,1% artaraq 911,968 milyon manata çatıb. Bunun 684,064 milyon manatı müştərilərdən alınmış depozitlərdir.

30 Sentyabr 2018-ci il tarixində "ASB"nin məcmu kapitalı 66 milyon 265 min manat olub. Halbuki Bank 31 Dekabr 2017-ci il tarixində 78 milyon 180 min manat məcmu kapitala sahib idi. Məcmu kapitalın azalmasının səbəbi tutulmalardı. Belə ki, məcmu kapitaldan tutulmalar 5 milyon 790 min manatdan 23 milyon 399 min manata yüksəlib.