USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ziraat Bank (Azərbaycan)”ın xalis mənfəəti - 2 DƏFƏ AZALIB

18.10.2018 Bank
1 0
“Ziraat Bank (Azərbaycan)” bu ilin 9 ayına olan maliyyə hesabatını açıqlayıb. Hesabatda qeyd olunub ki, bankın xalis mənfəəti azalıb, öhdəlikləri artıb.

“Kommersant.az” xəbər verir ki, açıqlanan hesabata əsasən bankın aktivləri 47 milyon 664 min manat artıb. Cari ilin 9 ayında “Ziraat Bank Azərbaycan” 215 milyon 460 min manat cəmi aktivlərə malik olub ki, bu rəqəm ötən il 167 milyon 796 min manat olub.

Bankın öhdəlikləri artıb

Cari ilin 9aylıq hesabatına əsasən “Ziraat Bank (Azərbaycan)”ın öhdəlikləri 44 milyon 314 min manat artaraq 147 milyon 839 min manat olub. Belə ki, ötən ilin müvafiq dövründə bankın cəmi öhdəlikləri 103 milyon 525 min manat olub.

Balans kapitalı və kreditlərin həcmi artıb

“Ziraat Bank (Azərbaycan)”ın kredit həcmi ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayına 24 milyon 877 min manat artaraq 95 milyon 50 min manat olub. Belə ki, ötən il bankın kreditlərinin həcmi 70 milyon 173 min manat təşkil edib. Bankın balans kapitalı ötən il ilə müqayisə də 3 milyon 350 min manat artaraq 67 milyon 621 min manat təşkil edib.

Bankın xalis mənfəəti 2 dəfə azalıb

“Ziraat Bank (Azərbaycan)” ın xalis mənfəti 2 dəfə azalaraq 1 milyon 604 min manat təşkil edib. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 3 milyon 157 min manat təşkil etmişdi.

Faiz gəlirləri və qeyri faiz gəlirləri artıb

Maliyyə hesabatına əsasən bankın faiz gəlirləri ötən il ilə müqayisədə 8 milyon 306 min manatdan 9 milyon 596 min manata, qeyri-faiz gəlirləri isə 3 milyon 19 min manatdan 3 milyon 467 min manata yüksəlib.

Bankın məcmu kapitali artıb

“Ziraat Bank (Azərbaycan)”ın məcmu kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayına 2 milyona yaxın artaraq 64 milyon 721 min manat təşkil edib. Bankın məcmu kaitalı ötən ilin 9 ayında 62 milyon 792 min manat olub.