USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit kartı istifadə edənlərin - NƏZƏRİNƏ

20.10.2018 Bank
0 0
Kredit kartı istifadə edərkən bunlara diqqət yetirin.

"Kommersant.az" alış-veriş üçün ən sərfəli kredit kartı axtaranlar üçün bəzi tövsiyələri təqdim edir:

Ödəyə biləcəyiniz qədər xərcləyin

Kredit kartı üzrə ödəmələrinizi vaxtında etməsəniz, qısa zamanda yüksək faizlə qarşılaşacaqsınız. Unutmayın ki, kredit kartı limiti sizə hədiyyə edilmiş məbləğ deyil, istənilən halda sizin cibinizdən çıxacaq puldur. Ona görə də borcunuzu zamanında ödəyin. Ödəyə bilməyəcəyiniz borc üçün kredit kartı istifadə etməyin.

Davamlı minimal məbləğdə ödəmə səhvinə yol verməyin

Əsas məsələlərdən biri də kredit kartının minimum məbləğinin ödənilməsidir. Unutmayın ki, minimum məbləği ödədikcə, daha çox faiz dərəcələri yarana və borcunuz getdikcə arta bilər.

Sənədi diqqətlə oxuyun

Sənəddəki maddələri diqqətlə oxumağa çalışın. Şərtlər size qane etməsə, kredit kartı üçün digər banklara müraciət edin.

Nağd pul krediti

Unutmayın ki, nağd pul kreditinin faizi yüksəkdir. Əgər 2-3 ay ərzində pulu ödəmək imkanınız olacaqsa, ehtiyac krediti, yaxud nağd avans çəkmək daha sərfəli olardı.

Kredit kartı kampaniyaları və pul hədiyyələri

Kredit kartı kampaniyaları xoş səslənsə də, şərtlərə diqqət yetirmək yaxşı olardı.