EBRD ÜDM Azərbaycanda artımı ilə bağlı proqnozunu yüksəldib
0
0
Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) bu il Azərbaycanda ÜDM-in 2,5% artacağını proqnozlaşdırır.
"Kommersant.Az" xəbər verir ki, bu barədə EBRD-nin "Regional Economic Prospects" adlı hesabatında deyilir.
Bu, Azərbaycanda iqtisadi artımla bağlı AYİB-in əvvəlki proqnozundan 0,5% çoxdur. Belə ki, ötən ilin noyabr ayında EBRD 2018-ci ildə Azərbaycanda ÜDM-in 2% artacağını proqnozlaşdırıb.