Cəmi 7 bankın qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 7-nin bu ilin yanvar-mart aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
"Kommersant.Az" xəbər verir ki, bunlar "Azər-Türk Bank", "Muğan Bank", "Atabank", "Günay Bank", "Bank BTB", "Zıraat Bank Azərbaycan" və "Bank Sil Vey"dir. Ən yüksək dinamika "Azər-Türk Bank"da (4,2 dəfə), ən aşağı dinamika isə "Bank Silk Vey"də (18,6%) qeydə alınıb.
16 bankın - "AGBank", "Kapital Bank", "Azərbaycan Sənaye Bankı", "Naxçıvan Bank, "AFB Bank", "Turan Bank", "Bank of Baku", "NBC Bank", "Xalq Bank", "Bank Respublika", "Rabitəbank", "Express Bank", "Amrah Bank", "Yapı Kredi Bank Azərbaycan", "PAŞA Bank" və "Bank Avrasiya"nın isə qeyri-faiz gəlirləri azalıb. Ən çox azalma "Bank Avrasiya"da (68,2%), ən az azalma isə "AGBank"da (8,7%) qeydə alınıb.
1 bankın - "Access Bank"ın isə qeyri-faiz zərəri 59% artıb.
1 bank - "Bank VTB Azərbaycan" yalnız bu ilin I rübündə, 4 bank - İran Milli Bankının Bakı filialı, "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı və "Unibank" isə yalnız ötən ilin ilk 3 ayında qeyri-faiz əməliyyatlarından zərər etdiyi üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.