USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

130 dövlət əmlakı satışa çıxarılacaq - TARİX

23.10.2018 Bank
0 0
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 oktyabr tarixində keçiriləcək.

"Kommersant.az" Komitəyə istinadla xəbər verir ki, ayın son hərracına ümumilikdə 130 dövlət əmlakı çıxarılıb. Onlardan 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Hərracda iştirak üçün özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs prosesdə həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq hərrac gedişini canlı izləyə bilər.