USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Xalq Bank" 3-cü rübün hesabatını açıqladı

23.10.2018 Bank
0 0
2018-ci ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən “Xalq Bank”ın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 135 milyon 769 min manat artıb. Bankın cəmi aktivləri cari ilin 9 ayı ərzində 1 milyard 941 milyon 13 min manat olub.

“Kommersant.az” bankın açıqladığı hesabata əsasən xəbər verir ki, “Xalq Bank”ın öhədlikləri də artıb. Belə ki, bu ilin 9 ayı ərzində bankın öhdəlikləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 116 milyon 421 min manat artaraq 1 milyard 668 milyon 252 min manat olub.

Bankın faiz gəlirləri artıb

Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 9,72% artıb, faiz xərcləri isə 11,6% azalıb. Bunun nəticəsində Bankın xalis faiz gəlirləri 2017-ci ilin 9 ayının yekunları ilə müqayisədə 17,38% artaraq 65 milyon 634 min manat təşkil edib.

Bankın məcmu kapitalı artıb

Bankın məcmu kapitalı bu ilin 9 ayı ərzində 271 milyon 181 min manat olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 338 min manat çoxdur.