USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin ucuzlaşmağa başladı

25.10.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, 25 oktyabra olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 73-ü kəskin ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 25 dollar və ya 0,38% ucuzlaşaraq 6487 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 67 dollar və ya 1,02% ucuzlaşıb.