Bankın aktivləri, öhdəlikləri və məcmu kapitalı artıb. Cəmi balans kapitalı isə azalıb.
“Muğan Bank” ASC 2018-ci ilin 9 ayını 650 min manat xalis mənfəət ilə başa vurub. Məcmu kaputalını da 72 milyona yaxın çatdırıb.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÜSTƏLƏYİR
“Kommersant.az” bankın 3-cü rübə olan hesabatına istinadən xəbər verir ki,
“Muğan Bank”ın cəmi gəlirləri 43 milyon 69 min manat, cəmi xərcləri isə 42 milyon 419 min manat təşkil edib. Cəmi xərclərin 18 milyon 786 min manatını faiz xərcləri, 4 milyon 297 min manatını ehtiyatlara ayırma, 1 milyon 794 min manatını komission və qeyri faiz xərcləri, 10 milyon 642 min manatını işçi heyyətini saxlanılması xərcləri, 6 milyon 900 min manatını ümumi administrativ və sair əməliyyat xərcləri təşkil edib.
9 ay ərzində “MuğanBank” gəlirlərinin 4 milyon 297 min manatını kreditlər üzrə ehtiyyatların yaradılmasına ayırıb. Ötən ilin müvafiq dövründə isə bank, gəlirlərinin 16 milyon 466 min manatını kreditlər üzrə ehtiyyatların yaradılmasına ayırmışdı.
AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ ARTIB
3-ü rübün yekunlarında “Muğan Bank” 560 milyon 494 min manat cəmi aktivlərə (ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 milyon 317 min manat çox), 491 milyon 485 min manat cəmi öhdəliklərə (ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 milyon 325 min manat çox) malik olub. Bankın cəmi balans kapitalı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 min manat azalaraq 69 milyon 17 min manat olub.
Bankın müştərilərə verdiyi kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 milyon 248 min manat artaraq 376 milyon 319 min manata çatıb.
DEPOZİTLƏR ARTIB
“Muğan Bank”da müştəri hesabları 302 milyon 271 min manata olub ki, bu da ötən ilin yekun hesabatı ilə müqayisədə 100 milyon 517 min manat çoxdur. Banklardan və digər maliyyə institutlardan cəlb olunmuş vəsaitlər isə 20 milyon 660 min manat azalaraq 182 milyon 207 min manata düşüb.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2018-ci il tarixində “Muğan Bank” 71 milyon 710 min manat məcmu kapitala malik olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 763 min manat çoxdur.