USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kapital bank bot sistemini işə saldı - MÜŞTƏRİLƏRƏ BOT CAVAB VERƏCƏK

26.10.2018 Bank
0 0
“Kapital Bank” müasir texnologiyaların inkişafına və müştəri məmnuniyyətinin artırılmasına diqqət ayıraraq, növbəti yeniliyi təqdim etdi. Belə ki, Facebook istifadəçiləri “Kapital Bank”-ın yeni “Aican” mesencer-botu ilə ünsiyyət qurub, ona “BirKart” məhsulu ilə bağlı suallarını verə bilərlər.

"Kommersant.az" xəbər verir ki, "mesencer-bot" 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, “BirKart” məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.

Demo versiyada olan mesencer-bot hələlik yalnız “BirKart”-ın rəsmi Facebook səhifəsinə qoşulub. Yaxın gələcəkdə həmçinin Facebook istifadəçiləri “Kapital Bank”-ın rəsmi səhifəsində də botun “xidmətlər”indən istifadə edə biləcəklər.

Qeyd edək ki, "bot" “Technote” şirkəti tərəfindən hazırlanıb.