USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni investisiya şirkətinə lisenziya verildi

26.10.2018 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası “BTB Kapital İnvestisiya Şirkəti” QSC-yə lisenziya verib.

"Kommersant.az" Report-a istinadla xəbər verir ki, bu barədə şirkətin direktoru Ruslan Cəfərov məlumat verib.

Onun sözlərinə görə, "BTB Kapital" lisenziyanı həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərmək üçün alıb.

Xatırladaq ki, bu investisiya şirkəti bu il fevralın 15-də 350 min manat nizamnamə kapitalı ilə yaradılıb. Onun təsisçisi 100% "Bank BTB" ASC-dir.