USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank sektorunun kredit portfeli 5% artıb - İCMAL

26.10.2018 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) 2018-ci ilin sentyabr ayı üzrə bank sektorunun icmal göstəricilərini açıqlayıb.

"Kommersant.az" Palatanın yaydığı məlumata istinadən xəbər verir ki, 30 sentyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,201.8 milyon manat, kredit portfeli 11,901.4 milyon manat, cəmi öhdəlikləri isə 25,089 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4,112.8 milyon manat olub. 2018-ci ilin sentyabr ayı ərzində bank sektorunun aktivləri 3.8% (1,074.7 milyon manat), öhdəlikləri 4.2% (1,011.5 milyon manat), balans kapitalı isə 1.6% (63.2 milyon manat) artıb. Sentyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (563.8 milyon manat) artım olub.

Sentyabr ayında fiziki şəxslərin əmanətləri 2.2% (175 milyon manat) artaraq 8,114.9 milyon manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 9 ayında fiziki şəxslərin əmanətləri 7.6% artıb.

Bank sektoru cari ilin 9 ayı ərzində 509.1 milyon manat əməliyyat mənfəəti, 171.8 milyon manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2479 olub. Bank sektorunun işçi heyəti sentyabr ayında 0.8% (138 nəfər) artaraq 17 min 66 nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 9 ayında sektorda çalışanların sayı 5.5% (895 nəfər) artıb.