USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank VTB -nin aktivləri artıb - HESABAT

27.10.2018 Bank
0 0
“Bank VTB (Azərbaycan)” ASC bu ilin 9 ayı üzrə olan hesabatını açıqlayıb. 30 sentyabr 2018 –ci il tarixinə bankın aktivləri 144 milyon 371 min manat təşkil edib.

“Kommersant.az” xəbər verir ki, “Bank VTB (Azərbaycan)”ın cəmi aktivləri ilin sonu ilə müqayisədə 14 milyon 647 min manat artaraq 54 milyon 764 min manat olub. Bankın ümumi ehtiyyatlar cəmi ilin sonu ilə müqayisədə 463 min manat artaraq 884 min manat olub.

BANKIN MƏCMU KAPİTALI ARTIB

Bankın məcmmu kapitalı ilin sonu ilə müqayisədə 3 milyon 44 min manat artaraq 53 milyon 141 min manat olub. Bankda birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 29,72%, məcmu kapitalın adekvatlıq əmsalı isə 30,22% təşkil edib. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təyin olunmuş birinci dərəcəli kapitalın adekvatlıq əmsalı normadan 24,72%, məcmu kapitalın adekvatlıq əmsalı normadan 20,22% çoxdur.