USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Silk Way”in öhdəlikləri azalıb - HESABAT

28.10.2018 Bank
0 0
“Bank Silk Way” ASC-nin cəmi aktivləri artaraq 614,15 mln. manat olub, bu ilin əvvəli ilə müqayisədə 33%, illik isə 51%-dən çox artımın olması deməkdir.

"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, əsas artım səbəbi kredit portfelinin il ərzində böyük həcimdə artaraq 554,67 mln. manata çatması deməkdir. Lakin, bankın kredit portfelinin aktivlərdəki nisbəti 90,3% olub ki, bu da ötən ilin müvafiq dövründəki 91,11% göstəricisindən az olması deməkdir.

“Bank Silk Way” ASC-nin cəmi öhdəlikləri azalaraq 466,25 milyon manata düşüb. Bunun da 442,62 mln manatı müştərilər tərəfindən cəlb olunmuş əmanətlərdir.

Xatırladaq ki, “Bank Silk Way” ASC-nin səhmlərinin ümumi dəyəri 104,1 mln. manatdır. Səhmlərinin böyük əksəriyyətinə fiziki şəxs olan Zərifə Həmzəyeva 84,5% ilə sahiblik edir. Digəri paylar isə VİP Aviation şirkəti və Bankın İdarə Heyəti sədri Elçin Əhmədova aiddir.